Azərbaycan və Türkiyə arasında "Hava hücumundan müdafiə təlimi"nə ev sahibi dəstək verəcək

Azərbaycan və Türkiyə arasında "Hava hücumundan müdafiə təlimi"nə ev sahibi dəstək verəcək Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Hərbi
24 Dekabr , 2015 18:19
Azərbaycan və Türkiyə arasında Hava hücumundan müdafiə təliminə ev sahibi dəstək verəcək

Bakı. 24 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında "Hava hücumundan müdafiə təlimi" üçün Ev Sahibi Ölkənin dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb. 

"Report" xəbər verir ki, fərmana əsasən, iki hökumət arasında 2015-ci il sentyabrın 3-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanan Anlaşma Memorandumu təsdiq edilməlidir.

Eyni zamanda, Azərbaycanın Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycanın Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir. 

Son xəbərlər

Orphus sistemi