​Azərbaycan və Rusiya müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər

​Azərbaycan və Rusiya müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər Görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb
Hərbi
1 Avqust , 2015 16:43
​Azərbaycan və Rusiya müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər

Bakı. 1 avqust. REPORT.AZ/ Bu gün Moskva şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, regional təhlükəsizlik, hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi