Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Hərbi
31 İyul , 2018 17:56
Azərbaycan və Rusiya hərbi dənizçilərinin görüşü keçirilib
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub və əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.

Tərəflər həmçinin “Dəniz kuboku-2018” müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi