Azərbaycan və Pakistanın müdafiə sənayesi nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycan və Pakistanın müdafiə sənayesi nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər Görüş İstanbulda keçirilən "IDEF-2017" müdafiə sərgisi çərçivəsində baş tutub
Hərbi
10 May , 2017 10:29
Azərbaycan və Pakistanın müdafiə sənayesi nazirləri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Report.az

Bakı. 10 may. REPORT.AZ/ Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn azərbaycanlı həmkarı Yavər Camalov ilə görüşüb.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, görüş İstanbulda keçirilən "IDEF-2017" müdafiə sərgisi çərçivəsində baş tutub.

Görüş zamanı nazirlər müdafiə sənayesi sahəsində Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivlərini, eləcə də bu sahədə cari layihələri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi