Azərbaycan və Pakistan mina təmizləməsi sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycan və Pakistan mina təmizləməsi sahəsində təcrübə mübadiləsi aparacaq Agentliyin qısa və uzunmüddətli strategiyası barədə genişmiqyaslı məlumat verilib
Hərbi
20 İyul , 2017 11:58
Azərbaycan və Pakistan mina təmizləməsi sahəsində təcrübə mübadiləsi aparacaq

Bakı. 20 iyul. REPORT.AZ/ Pakistan İslam Respublikasının nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 20-də  ANAMA-nın (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) baş qərargahında görüş keçirilib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib. 

Agentliyin direktoru Qəzənfər Əhmədov Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin Sədri General-leytenant Omar Mahmud Hayat, Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədrinin Fərdi qərargah zabiti Briqada generalı Muxtar Ahmet, Pakistan İslam Respublikası Birləşmiş qərargahının əməkdaşı Polkovnik Saeed Janjuanı qəbul edib. Səfərin başlıca məqsədi ölkələrdə aparılan Humanitar Minatəmizləmə sahəsində ikitərəfli münasibətlərin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması üzrə danışıqlardan ibarət olub.

Görüş zamanı nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər, Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım (MZY) layihələri, eləcə də Agentliyin qısa və uzunmüddətli strategiyası barədə genişmiqyaslı məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi