Yuxarı

Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib
Danışıqlar zamanı Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Bakı. 21 oktyabr. REPORT.AZ/ “Azərbaycan Müdafiə Nazirliyi və İtaliya Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq, Bakıda iki ölkənin Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Danışıqlar zamanı Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi