Yuxarı

​Azərbaycan və İran hərbi dəniz qüvvələrinin birgə təlim keçirməsi müzakirə olunub

İki ölkənin dəniz qüvvələri komandanları Rusiyada bir araya gəlib

Bakı. 7 İyul. REPORT.AZ/ İran Ordusunun Dəniz Qüvvələri komandanı, kontr-admiral Həbibullah Səyyari və Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı Yunis Məmmədov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Beynəlxalq dəniz qüvvələri və gəmiçilik” sərgisi çərçivəsində görüş keçiriblər.

"Report" xəbər verir ki, bu barədə İran mətbuatına açıqlamasında Həbibullah Səyyari məlumat verib.

O bildirib ki, görüşdə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, birgə təlimlərin keçirilməsi üzrə, eləcə də elm və texnologiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda, sərgi çərçivəsində Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri komandanları bir araya gələrək təhlükəsizlik məsələlərinə dair danışıqlar aparıblar. Danışıqlar zamanı təhlükəsizlik məsələlərinə yalnız bu ölkələrin cavabdeh olduğu vurğulanıb. Qeyd olunub ki, hər hansı bir kənar hərbi qüvvənin Xəzərdə iştirakı yolverilməzdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi