Azərbaycan və Gürcüstanın müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub
Hərbi
22 May , 2017 13:08
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri hərbi əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər
Mod.gov.az

Bakı. 22 may. REPORT.AZ/ Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin iki ölkənin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.
Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.
Sonra Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onların xatirəsini yad ediblər.

Son xəbərlər

Orphus sistemi