​Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında telefon danışığı olub

​Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında telefon danışığı olub Tinatin Xidaşeli Azərbaycan xalqına başsağlığı verib
Hərbi
21 May , 2015 11:24
​Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında telefon danışığı olub

Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli Azərbaycan xalqına başsağlığı verib

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin təşəbbüsü ilə telefon danışığı olub. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tinatin Xidaşeli Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında insanların həlak olmasının və yaralanmasının onlarda böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.

Telefon danışığı zamanı Tinatin Xidaşeli Azərbaycan və Gürcütan arasında hərbi  əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlərin və razılaşmaların qüvvədə qalacağına və daha da inkişaf etdiriləcəyinə əminlik ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərinə dair qısa fikir mübadiləsi də aparılıb.

Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi