Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub Belarusun müdafiə naziri ilə Azərbaycanın səfiri arasında görüş keçirilib
Hərbi
30 May , 2017 04:22
Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
m.sputnik.by

Bakı. 30 may. REPORT.AZ/ Mayın 29-da Minskdə Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov ilə Azərbaycanın bu ölkəyə yenidən təyin olunmuş səfiri Lətif Qəndilov arasında protokol görüşü baş tutub.

"Report" xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı tərəflər ikitərəfli hərbi əməkdaşlığı və onun perspektivlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi