Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib

Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib ​ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Hərbi
17 Avqust , 2017 19:45
Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib

Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizdə səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ilə azərbaycanlı həmkarları arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə səhra təlimləri, təcili tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi və təxliyyəsi, davamlı hərbi tibbi müdaxilə, o cümlədən kütləvi qırğın silahlarının istifadəsi zamanı insanların kütləvi təxliyyəsi, yaralıların çeşidlənərək bir pillə yuxarı tibbi müdaxilə üçün təxliyyə olunması və digər mövzularda müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi