Azərbaycan və ABŞ hərbi məktəbləri əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan və ABŞ hərbi məktəbləri əməkdaşlıq məsələlərini müzakirə edib Polkovnik Raizi İsmayılov: "Bizim amerika ali hərbi məktəblərilə əlaqələrimiz daha sıx olub"
Hərbi
22 Aprel , 2015 11:02
Azərbaycan və ABŞ hərbi məktəbləri əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələri Hərbi məktəbinin 3 nəfərdən ibarət nümayəndə heyəti Nyuportda (Rod-Aylend ştatı) hərbi-dəniz kollecində olub. 

"Report", Amerika KİV-inə istinadən xəbər verir ki, səfərin məqsədi hərbi sahədə təcrübə mübadiləsidir. 

Görüşdə hərbi-dəniz kollecinin professoru Tom Fedışin bildirib ki, 5 il əvvəl Bakıya gəlib və Azərbaycanda hərbi tədris sahəsində baş verən əsaslı dəyişikliklərin şahidi olub: "İndi oradakı təhsil sistemi amerika sisteminə bənzəyir".

Polkovnik Raizi İsmayılov öz növbəsində qeyd edib ki, buna qədər Azərbaycan hərbi təhsil müəssisəsinin Türkiyənin bu sahəyə aid tədris müəssisələri ilə müəyyən əlaqələri mövcud olub, lakin indi bu əlaqələr ABŞ məktəbləri ilə daha sıx qurulur. 

Polkovnik Arif Həsənov belə görüşlərin hərbi təhsil sahəsində təcrübə mübadiləsi üçün vacibliyini vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi