Yuxarı

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı hərbçiləri birgə təlim keçirəcək

Təlimi keçirməkdə məqsəd hərbçilər arasında dostluq və əməkdaşlıq münasibətlərini gücləndirməkdir

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı hərbçiləri birgə təlim keçirəcək.

"Report" Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytı məlumat yayıb.

Xəbərə görə, "Qafqaz qartalı" adı verilən təlimlər Türkiyədə mayın 31-dən iyunun 10-dək keçiriləcək.

Təlimi keçirməkdə məqsəd hərbçilər arasında dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək, təcrübə mübadiləsi etmək, qoşunların birgə fəaliyyəti mexanizmini inkişaf etdirməkdir.

Məlumata əsasən, təlimə Türkiyədən bir xüsusi təyinatlı tağım, iki hərbi helikopter və bir nəqliyyat vertolyotu, Azərbaycan və Gürcüstanın hər birindən bir xüsusi təyinatlı hərbi tağım qatılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi