Yuxarı

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

Görüş Ankarada baş tutacaq

Bakı. 2 May. REPORT.AZ/ Mayın 3-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə yola düşəcəkdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, səfər çərçivəsində, mayın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcəkdir.

Görüşün məqsədi üç ölkənin dövlət başçılarının təşəbbüslərini əsas tutaraq hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi, o cümlədən bölgədə sabitliyin və təhlükəsizliyin, enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsindən və bu vəzifələrin həyata keçirilməsi üçün praktiki icra mexanizmlərinin təsbit edilməsindən ibarətdir.

Üç ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşünün yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi