Yuxarı

Azərbaycan-Türkiyə döyüş atışlı taktiki təlimləri başa çatıb - FOTOREPORTAJ - YENİLƏNİB

Azərbaycan-Türkiyə döyüş atışlı taktiki təlimləri başa çatıb - FOTOREPORTAJ - YENİLƏNİB

Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin əsas mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, təlimin mövzusu taktiki qrupların dərinliklərinə irəliləyərək, müdafiə olunan düşmənin üzərinə hücuma keçmək, onun darmadağın edilməsi, yüksəklik və ərazi qismini ələ keçirmək olub. 

İki ölkənin hərbçiləri qarşıya qoyulan tapşırıqları dəqiqliklə yerinə yetiriblər. 


*** 11:16

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin əsas mərhələsi başlayıb.

"Report" xəbər verir ki, mayın 1-də başlayan təlimlərə bu gün yekun vurulacaq.

Qeyd edək ki, təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.

Birgə təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğuları, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi