Azərbaycan tərəfi əsgərin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib

Azərbaycan tərəfi əsgərin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib Bakı. 23 noyabr. REPORT.AZ/ Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılmış məlumata əsasən, 23 noyabr 2017-ci il tarixdə Ermənistan - Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib. Yayılmış məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə, meyitin qaytarılması üçün Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.
Hərbi
23 Noyabr , 2017 18:04
Azərbaycan tərəfi əsgərin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılmış məlumata əsasən, 23 noyabr 2017-ci il tarixdə Ermənistan - Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib. Yayılmış məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə, meyitin qaytarılması üçün Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.

Bu barədə “Report”a Dövlət Komissiyasından bildirilib.

“Məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata əsasən, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi