Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinalına yüksəliblər

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinalına yüksəliblər “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib.
Hərbi
9 Avqust , 2019 16:42
Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinalına yüksəliblər

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, komandaların rəqibləri, çıxış edəcəkləri gün və döyüş texnikasının rəngi müəyyən edilib.

Qırmızı rəngə boyanmış tanklarda çıxış edəcək komandamızın birinci divizionda ikinci qrupdakı rəqibi Çin, Qazaxıstan və Serbiya heyətləri olacaq.

Son xəbərlər

Orphus sistemi