Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - VİDEO

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - VİDEO Bakı. 3 aprel. REPORT.AZ/ NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Hərbi
3 Aprel , 2018 16:56
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - VİDEO

Bakı. 3 aprel. REPORT.AZ/ NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun 52 nəfər sülhməramlısı aprelin 3-də plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Son xəbərlər

Orphus sistemi