​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək Dekabrın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) NATO resursların idarə olunması üzrə təhsil proqramı kursu keçiriləcək
Hərbi
6 Dekabr , 2014 12:00
​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) NATO resursların idarə olunması üzrə təhsil proqramı kursu, dekabrın 8-dən 19-dək Ankara şəhərində (Türkiyə), 20-dək isə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Türkiyə Quru Qoşunları Məktəbi arasında müəllim mübadiləsi keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi