Yuxarı

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Ankarada “Hərbi-Mülki əməkdaşlıq” kursu olacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, sentyabrın 7-dən 11-dək Türkiyənin Marmaris şəhərində “Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi” kursu, 18-dək Türkiyənin Ankara şəhərində “Hərbi-Mülki əməkdaşlıq” kursu, oktyabrın 16-dək Çexiyanın Vişkov şəhərində "Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı" hazırlığı kursu, noyabrın 27-dək Böyük Britaniyanın Şrivenhəm şəhərində Hərbi İngilis dili kursu, dekabrın 18-dək Litvanın Vilnüs şəhərində kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Polşanın Varşava şəhərində NATO Standartlaşdırma kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi