Azərbaycan ​Silahlı Qüvvələrinin şəxsi heyətinin nizami yürüşü keçiriləcək

Azərbaycan ​Silahlı Qüvvələrinin şəxsi heyətinin nizami yürüşü keçiriləcək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq
Hərbi
8 May , 2015 18:01
Azərbaycan ​Silahlı Qüvvələrinin şəxsi heyətinin nizami yürüşü keçiriləcək

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da saat 10:00-dan 14:00-dək Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin nizami keçidi təşkil ediləcək. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq. Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər. Bu sıraya Azadlıq meydanı ilə üzbə-üz fəvvarələrin yanı, Dənizkənarı Milli Parkdakı nəhəng çarx-karuselin yanı, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park, Zərifə Əliyeva adına park, Zabitlər parkı, Fəvvarələr meydanı daxildir.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u və 10-da saat 10:00-dan 14:00-dək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.

Son xəbərlər

Orphus sistemi