Bakı. 19 may. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində "Efes-2016" beynəlxalq təlimi keçirilir.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlim mayın 15-də başlayıb və iyunun 1-dək davam edəcək.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.