​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək Təlim kurslarının Avstriya, Belarus və Finlandiyada keçirilməsi nəzərdə tutulur
Hərbi
14 Mart , 2015 11:38
​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Bakı. 14 mart. REPORT.AZ/ Martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu, Helsinki şəhərində (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minsk şəhərində (Belarus) beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək.

"Report"un xəbərinə görə, məlumatı Azərbaycan Müdafiə Nazirliyinin saytı yayıb.

Məlumatda bildirilib ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi