Bakı. 15 fevral. REPORT.AZ/ Fevralın 15-dən 17-dək Surix şəhərində (İsveçrə) hərbi əməkdaşlıq konfransı, fevralın 15-dən 19-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə və Oberammerqau şəhərində (Almaniya) döyüş hazırlığı qiymətləndirmə kursları keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.