Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər Gürcüstanda təməl yay dağ hazırlığı kursu keçirilir
Hərbi
27 İyun , 2016 13:42
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Bakı. 27 iyun. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 27-dən iyulun 1-dək Varna şəhərində (Bolqarıstan Respublikası) Tərəfdaşlıq Təlim və Tədris Mərkəzlərinin işçi qrupunun toplantısı, iyunun 27-dən iyulun 8-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Maddi-Texniki Təminat üzrə mübadilə proqramı çərçivəsində hərbi yerdəyişmə və daşımalar seminarı, iyunun 27-dən iyulun 15-dək Saçxere şəhərində (Gürcüstan) təməl yay dağ hazırlığı kursu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi