Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 23-dən iyulun 23-dək İstanbul şəhərində (Türkiyə) Silahlı Qüvvələrin ali komanda və idarəetmə akademik, fevralın 23-dən iyulun 27-dək komandir və qərargah zabitləri üçün kurslar keçirilir.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.