Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir Tədbir fevralın 29-dan martın 4-dək davam edəcək
Hərbi
29 Fevral , 2016 11:19
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, fevralın 29-dan martın 4-dək Tirana şəhərində (Albaniya) Tərəfdaşlıq təlim və tədris mərkəzi rəislərinin illik konfransı, Kunqsanqen şəhərində (İsveç) öyrənilmiş təcrübələr üzrə qərargah zabiti kursu, Ramştayn şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat İmkanları Konsepsiyası üzrə işçi qrupunun birinci görüşü, fevralın 29-dan martın 18-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) dil testi üzrə təkmilləşdirmə seminarı, Ankara şəhərində (Türkiyə) fevralın 29-dan martın 11-dək silahlı münaqişə kursları keçirilir.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi