Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri keçiriləcək

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri keçiriləcək Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter cəlb ediləcək
Hərbi
3 Noyabr , 2016 12:20
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri keçiriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

Son xəbərlər

Orphus sistemi