Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib Hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib
Hərbi
11 Mart , 2017 15:47
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Pakistanın nümayəndə heyəti ilə görüş keçirilib
http://mod.gov.az

Bakı. 11 mart. REPORT.AZ/ Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi ilə görüşərək hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Nümayəndə heyəti hərbi təhsil ocağındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələrlə yaxından tanış olduqdan sonra onlara akademiya barədə ətraflı brifinq təqdim edilib.

Son xəbərlər

Orphus sistemi