Yuxarı

Azərbaycan ​Silahlı Qüvvələrinin cəbhə bölgəsində toplantısı keçirilib

Zabitlər üçün hazırlanan yardımçı vəsaitlər şəxsi heyətə çatdırılıb

Bakı. 8 mart. REPORT.AZ/ Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, cəbhəyanı bölgədə təşkil olunan toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında təlimat" barədə müdafiə nazirinin müvafiq qərarı və onun icrasını təmin etmək məqsədilə hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri üçün hazırlanan yardımçı vəsaitlər şəxsi heyətə çatdırılıb.

İxtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, psixoloji hazırlığı, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi