Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyaya gedib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyaya gedib Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək
Hərbi
14 Mart , 2017 12:31
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rusiyaya gedib

Bakı. 14 mart. REPORT.AZ/ Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, general-polkovnik N.Sadıkov martın 15-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.

İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.

İclas çərçivəsində “Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi