Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib Əfqanıstanda NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılıb
Hərbi
17 May , 2017 18:48
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun “Qətiyyətli Dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi