Yuxarı

​Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Belçikaya səfər edib

Nəcməddin Sadıkov sabah NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığına səfər edib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfərin məqsədi NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etməkdir.

Mayın 21-dək davam edəcək görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi