Yuxarı

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedib

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-a gedib
Nəcməddin Sadıkov “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” adlı konfransda iştirak edəcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-a gedib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, N.Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi