Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan atıcılıq turnirinin final mərhələsi keçirilib - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan atıcılıq turnirinin final mərhələsi keçirilib - FOTO Bakı. 11 iyun. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş atıcılıq turnirinin final mərhələsi keçirilib.
Hərbi
11 İyun , 2018 15:32
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan atıcılıq turnirinin final mərhələsi keçirilib - FOTO
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş atıcılıq turnirinin final mərhələsi keçirilib.

"Report" xəbər verir ki, atıcılıq turnirinin birinci mərhələsində Bakı şəhər rayonlarının orta ümumtəhsil məktəbləri yarışıb və hər rayondan bir məktəb finala vəsiqə qazanıb.

Atıcılıq turnirinin final mərhələsi Xidmətin tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin Sabunçu rayon filialında baş tutub. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Samir Murquzov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasına baxmayaraq, mühüm nailiyyətlərlə zəngindir: "Cümhuriyyətin Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Əlahiddə Azərbaycan Korpusunun” yaradılması ordu quruculuğu prosesinin başlanğıcı oldu. Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski kimi hərbçilərin gərgin fəaliyyəti nəticəsində qısamüddətdə nizami ordu formalaşdırıldı. Cümhuriyyətin Silahlı Qüvvələri həmin dövrdə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlarda düşməni ağır məğlubiyyətə uğradaraq ölkənin ərazi bütövlüyünün müdafiəsini təmin etdi. Sovet Rusiyasının Azərbaycanı işğalından sonra Milli Ordunun ləğv edilməsinə baxmayaraq, xalqımız hərbi ənənələri qoruyub saxlaya bildi".

Z.Abdullayev qeyd edib ki, milli hərbçi kadrların dövlət üçün böyük əhəmiyyət daşıdığını yaxşı bilən ümummilli lider Heydər Əliyev 20 iyun 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin etdi: "Ulu öndərin ötən əsrin sonlarında siyasi hakimiyyətə qayıdışından sonra milli ordu quruculuğu prosesinin əsası qoyuldu. Qısa müddət ərzində pərakəndə hərbi dəstələrin əvəzinə vahid komandanlıqdan idarə olunan nizami ordu formaşdırıldı. Hazırda müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş milli ordumuz Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müstəqilliyinin qorunmasını təmin edir".

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov ölkədə aparılan dövlət siyasətinin müsbət nəticə verdiyini, vətənpərvər, sağlam düşüncəli gənc nəslin formalaşdığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli Silahlı Qüvvələrin 100 illiyi münasibətilə orta ümumtəhsil məktəblərinin şagirdləri arasında atıcılıq turnirinin keçirilməsinin hərbi tariximizə göstərilən ehtiramın sübutu olmaqla yanaşı, gənc nəslin hərbi sahəyə marağının artırılmasında böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra iştirakçılara təhlükəsizlik qaydaları barədə təlimat verilib və yarışa başlanılıb.

Turnirin yekununda I yeri Bakı şəhər Nizami rayonu 220 saylı tam orta məktəbin, II yeri Səbail rayonu 239 saylı tam orta məktəbin, III yeri Sabunçu rayonu 72 saylı tam orta məktəbin şagirdlərindən ibarət komandalar tutub. Nərimanov rayonu 82 saylı tam orta məktəbin X sinif şagirdi Zeynallı Gəray Süleyman oğlu isə sərrast atıcı nominasiyası üzrə qalib olub. Qaliblərə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi