Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb Bununla bağlı Müdafiə Nazirliyi açıqlama yayıb
Hərbi
1 İyun , 2015 16:18
Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi açıqlanıb. “Report” Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Fond yarandığı vaxtdan 1 iyun 2015-ci il tarixinədək Fonda 63 984 837 manat, 211 791 ABŞ dolları və 593 avro vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi