Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir.
Hərbi
8 Avqust , 2019 09:19
Azərbaycanın dövlət sərhədini pozan Gürcüstan vətəndaşı saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir.

DSX-dən "Report"a verilən məlumata görə, avqustun 7-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi