Azərbaycan "Russia Arms Expo" silah sərgisində iştirak edəcək

Azərbaycan "Russia Arms Expo" silah sərgisində iştirak edəcək Sərgi sentyabrın 9-12-də Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində keçiriləcək
Hərbi
20 Avqust , 2015 14:02
Azərbaycan Russia Arms Expo silah sərgisində iştirak edəcək

Bakı. 20 avqust. REPORT.AZ/ Sentyabrın 9-12-də Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində "Russia Arms Exp RAE-2015" silah sərgisi keçiriləcək. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, sərgiyə xüsusilə MDB ölkələri - Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan nümayəndələrinin qatılacağı gözlənilir. Eyni zamanda, Avropa, Asiyavə Afrika, eləcə də Şimali və Cənubi Amerikadan nümayəndələr də gələcək. 

"Təxminən 40 dövlətin nümayəndəsi sentyabrın 9-12-də Sverdlovsk vilayətinin Nijni Taqil şəhərində Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi və Sverdlovsk vilayətinin hakimiyyət orqanlarının dəstəyi ilə keçiriləcək "Russia Arms Exp RAE-2015" silah, hərbi texnika və sursat sərgisində öz iştirakını təsdiqləyib", - Sverdlovsk vilayəti qubernatorunun mətbuat xidmətinin məlumatında deyilir. 

Xəbərdə qeyd olunur ki, sərgidə diplomatik korpusların işçiləri, hərbi attaşelər, hərbi idarələrin rəhbərləri və əməkdaşları, biznesmenlər, hərbi texnika və müdafiə texnologiyaları sahəsində mütəxəssis və ekspertlərin də iştirakı nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi