Yuxarı

Goranboyda partlamamış top mərmisi aşkarlanıb - FOTO

ANAMA apreldən bu günə kimi 3474 ədəd partlamamış hərbi sursat zərərsizləşdirib

Bakı. 28 avqust. REPORT.AZ/ Goranboy rayonunun Buzluq kəndində 1 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) "Report"a verilən məlumata görə, agentlik tərəfindən Goranboy rayonunun Buzluq kəndində otlaq sahəsində 1 partlayış yerinə baxış keçrilib, 1 ədəd 100 mm-lik partlamamış top mərmisi (PS-34, qəlpəli-partlayış dalğalı) aşkar edilərək götrülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 28 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 474 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi