Azərbaycan Prezidenti III “ADEX-2018” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti III “ADEX-2018” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb Bakı. 25 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Hərbi
25 Sentyabr , 2018 10:35
Azərbaycan Prezidenti III “ADEX-2018” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, dövlət başçısının müraciətini Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov oxuyub.

Müraciət məktubunda qeyd olunub ki, artıq ənənəvi xarakter almış “ADEX” sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlığın inkişafı, ən müasir silah və texnologiyaların nümayiş etdirilməsi üçün mühüm tədbirə çevrilib: "Sərgi dünyanın tanınmış hərbi sənaye müəssisələrini, nüfuzlu xarici şirkət və təşkilatları, o cümlədən rəsmi nümayəndə heyətlərini və mütəxəssisləri eyni məkanda toplayaraq işgüzar əlaqələrin qurulması və yeni müqavilələrin imzalanması üçün səmərəli platformaya çevrilmişdir.

Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və silahlı qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratmışdır və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Əminəm ki, “ADEX 2018” sərgisi faydalı təcrübə mübadiləsinin aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin yaradılmasına imkanlar açacaq, eləcə də milli müdafiə sənayemizin elmi-texnoloji potensialının artırılmasına töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi