Yuxarı

Azərbaycan Pakistandan "Super Muşak" təlim təyyarələrinin alınmasında maraqlıdır

Azərbaycan Pakistandan "Super Muşak" təlim təyyarələrinin alınmasında maraqlıdır
Müdafiə sənayesi naziri: Hökumət həmçinin digər ölkələrlə də 100 belə təyyarənin ixracı üzrə danışıqlar aparır

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan və Maldiv adaları Pakistandan "Super Muşak" (Super Mushak) təlim təyyarələri almağa hazırdır.

"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə sənayesi naziri Rana Tanvir Hüseyn bildirib.

Onun sözlərinə görə, islam respublikasının hökuməti həmçinin digər ölkələrlə də 100 ədəd "Super Muşak" təyyarəsinin ixracı üzrə danışıqlar aparır.

Nazir həmçinin Pakistanın Rusiyadan 4 müasirləşdirilmiş "Mi-35" helikopteri alacağını vurğulayıb. Helikopterlər 2017-ci ildə tədarük olunmalıdır. Sövdələşmənin dəyəri 153 milyon dollar təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi