Azərbaycan Ordusunun tibb xidmətinin rəhbər heyəti ilə toplantı keçirilib

Azərbaycan Ordusunun tibb xidmətinin rəhbər heyəti ilə toplantı keçirilib Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin, tibb hərbi hissə və müəssisələrinin komandirləri (rəisləri), birlik və birləşmələrin tibb xidməti rəislərinin iştirakı ilə 2018-ci tədris ilinin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.
Hərbi
15 Yanvar , 2019 17:35
Azərbaycan Ordusunun tibb xidmətinin rəhbər heyəti ilə toplantı keçirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin, tibb hərbi hissə və müəssisələrinin komandirləri (rəisləri), birlik və birləşmələrin tibb xidməti rəislərinin iştirakı ilə 2018-ci tədris ilinin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Toplantıda çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, ötən il ərzində ordu quruculuğunun bütün istiqamətlərində olduğu kimi, hərbi tibb sahəsində də qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin günü-gündən yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir.

Nazir müavini görülən tədbirlərin orduda şəxsi heyətin sağlamlığının qorunmasında müstəsna rol oynadığını, eyni zamanda xəstəliklərin vaxtında aşkar olunması və profilaktik işlərin aparılması üçün həkimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
General-leytenant K.Vəliyev hərbi həkimlərin bundan sonra da vəzifələrinin öhdəsindən bacarıqla gələcəklərinə əminliyini ifadə edərək 2019-cu ildə tibb sahəsində görüləcək işlərlə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxışında 2018-ci ilin hazırlıq planına uyğun olaraq şəxsi heyətin tibb təminatına aid nəzərdə tutulmuş tapşırıqların bütövlükdə yerinə yetirildiyini, tibb hərbi hissə və müəssisələrin müasir diaqnostik cihazlarla komplektləşdirilərək xəstələrin tam müayinə olunmasına imkan yaradıldığını vurğulayıb.

Sonra tədbirdə 2018-ci tədris ilinin yekununa əsasən müalicə-profilaktika işinin vəziyyəti, bu sahədə görülən işlər və həyata keçirilən tədbirlərin nəticələri barədə məruzələr dinlənilib, 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi