Azərbaycan ordusunun tank bölmələrinin məşqləri başlayıb

Azərbaycan ordusunun tank bölmələrinin məşqləri başlayıb Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edilir
Hərbi
17 Oktyabr , 2016 15:50
Azərbaycan ordusunun tank bölmələrinin məşqləri başlayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ 2016-cı il üçün hazırlıq planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir.
Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi