Yuxarı

Azərbaycan Ordusunun pilotları təlim-məşq uçuşlarına başlayıb - VİDEO

Azərbaycan Ordusunun pilotları təlim-məşq uçuşlarına başlayıb

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotlarının peşəkarlığının yüksəldilməsi məqsədilə intensiv məşqlər davam edir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, “Super Muşşak” və L-39 təyyarələrinin taktiki-texniki xüsusiyyətləri və uçuş imkanlarını nəzəri cəhətdən tam mənimsəyən, trenajorlarda müvafiq məşqlər keçən gənc hərbi pilotlarımız artıq həmin təyyarələrdə və "Mi" seriyalı çoxməqsədli helikopterlərdə praktiki təlim-məşq uçuşlarını yerinə yetirməyə başlayıb.

Tapşırığa uyğun olaraq gənc hərbi təyyarəçilər pilotaj texnikası, marşrut uçuşları, qoşa və manqa ilə uçuşları məşq etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi