Azərbaycan Ordusunun Naxçıvandakı zabit heyətinin təkmilləşdirilməsi kursu başa çatıb - VİDEO

Azərbaycan Ordusunun Naxçıvandakı zabit heyətinin təkmilləşdirilməsi kursu başa çatıb - VİDEO Əlahiddə Ümumqoşun Orduda zabit heyətinin təkmilləşdirilməsi kursunun başa çatması münasibətilə keçirilən buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Hərbi
4 İyun , 2019 11:23
Azərbaycan Ordusunun Naxçıvandakı zabit heyətinin təkmilləşdirilməsi kursu başa çatıb - VİDEO
mod.gov.az

Əlahiddə Ümumqoşun Orduda zabit heyətinin təkmilləşdirilməsi kursunun başa çatması münasibətilə keçirilən buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərasimdə zabit Mehman Gülməmmədov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif ixtisaslar üzrə dərslər keçirilib. Kursa cəlb edilmiş zabitlərin peşəkarlığı real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da artırılıb.

Məzunlar söz veriblər ki, kursda qazandıqları yeni taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcək, Ordumuzun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, peşəkar hərbçilərin yetişdirilməsinə xidmət edən digər kurslar kimi zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla keçirilir. Kurslar zamanı hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlığı daim artırılır. Təbii ki, bütün bunlar da hərb işinə verilən yüksək qiymətdən xəbər verir.

Sonda kursu uğurla başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub və məzunların yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırılıb. Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub, məzunlarla xatirə şəkili çəkdirilib.

Son xəbərlər

Orphus sistemi