Yuxarı

Azərbaycan Ordusunun Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib

Azərbaycan Ordusunun Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib

Əlahiddə Ümumqoşun Ordunun Naxçıvanda yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib.

"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təlim mərkəzində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilib. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunub, lazımi şərait yaradılıb. Binada rabitə, ideoloji, yataq, yemək və texniki otaqlar istifadəyə verilib. Təlim mərkəzində maneələr zolağı və təlim idarəetmə məntəqəsi yaradılıb, yollar çəkilib, yaşıllıq zolağı salınıb.

Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni düşərgə də qurulub. Düşərgədə şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün tədbirlər görülüb, yataq yerləri və məişət guşələri istifadəyə verilib. Yaradılan şərait istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Ali Məclisin sədri muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi