Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb Bakı. 25 may. REPORT.AZ/ Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.
Hərbi
25 May , 2018 18:52
Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

Bakı. 25 may. REPORT.AZ/ Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən izlənilib. 

Son xəbərlər

Orphus sistemi