Müdafiə nazirinin 2019-cu il üçün təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin ötən altı ayın yekunlarına həsr olunmuş təlim-metodiki toplanışı keçirilib.
Toplanışda çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü və müasir ordu quruculuğu sahəsində gördüyü əvəzsiz xidmətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov çıxış edərək 2019-cu ilin birinci yarısında kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.