Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib Bakı. 14 iyul. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrinin kadrlar üzrə rəisləri ilə ötən altı ayın yekunlarına həsr olunmuş təlim-metodiki toplantı keçirilib.
Hərbi
14 İyul , 2018 16:06
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplantısı keçirilib

Bakı. 14 iyul. REPORT.AZ/ Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrinin kadrlar üzrə rəisləri ilə ötən altı ayın yekunlarına həsr olunmuş təlim-metodiki toplantı keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Toplantıda çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda islahatların davam etdirildiyini və kadr orqanlarının Azərbaycan Ordusunun mühüm xidmət sahələrindən biri olduğunu söyləyərək müdafiə naziri tərəfindən bu istiqamətə ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb.

Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov toplantıda çıxış edərək 2018-ci ilin birinci yarısında hərbi kadrların idarə edilməsi sahəsi üzrə görülən işlər və qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi