Yuxarı

Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb

Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, idarəetmə orqanları və qərargahların döyüş uyarlılığının təşkili, eləcə də heyətlərin əməliyyat və döyüş quruluşunun müxtəlif elementlərinin döyüş tətbiqi üzrə dəqiqləşdirilməsi və yoxlanılması məqsədi ilə Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimlər trenajorlar və döyüş texnikasından geniş istifadə edilməklə xəritələr üzərində və ərazidə, eləcə də qabaqcıl informasiya texnologiyalarının tətbiqi ilə simulyasiya mərkəzlərində təşkil olunur və keçirilir.

Təlimlərin gedişində dayanıqlı idarəetmə, əməliyyatların hərtərəfli təminatı, həmçinin iştirak edən bütün idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili məsələlərinə xüsusi diqqət yetirilir.

Qoşunların hədlərə, cəmləşmə rayonlarına çıxışı, onların tutulması, yenidən qruplaşması, dəmiryolu nəqliyyatına döyüş və digər texnikanın yüklənməsi kimi fəaliyyətlərinin nəzəri cəhətdən dəyərləndirilməsi və digər məsələlər xüsusi təyin edilmiş bölmələr tərəfindən praktiki yoxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi